Medianews.az
Günəş enerjisi ilə 100 km:
69 baxış

Günəş enerjisi ilə 100 km: Qeyri-adi avtomobil hazırlandı - VİDEO

İsveçli bloger Simon Syorensen günəş enerjisi ilə işləyən qeyri-adi elektromobil hazırlayıb.

Medianews.az xəbər verir ki, o, avtomobili akkumulyatordan istifadə etmədən təxminən 30 km məsafədə idarə edə bilib.

Layihədə əsasən elektrosiped hissələrindən istifadə olunub. Nəqliyyat vasitəsi günəş panelləri vasitəsilə enerji alır, eyni zamanda buludlu havada işləmək üçün batareya ilə də təchiz edilib. Dörd təkərin hər birində ayrıca mühərrik yerləşir. Bu da avtomobilə yüksək güc və sürətli start verir.

Blogerin sözlərinə görə, avtomobilin yürüş məsafəsi adi şəraitdə 50 km, günəşli havada isə 100 km-ə çata bilər. Yüngül konstruksiya və sadə mexanizm sayəsində layihə həm səmərəli, həm də praktik hesab olunur.

Medianews.az

Bizə qoşulun