Medianews.az
“Gizləniblər. Onları axtarırıq” -
120 baxış

“Gizləniblər. Onları axtarırıq” - İran Silahlı Qüvvələrinin nümayəndəsi

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari növbəti bəyanatla çıxış edib.

Medianews.az-ın məlumatına görə, o bildirib ki, ABŞ-nin regiondakı bütün hərbi bazaları məhv edilib.

İbrahim Zülfüqarinin iddiasına görə, bu səbəbdən amerikalı komandirlər əsgərləri ilə birgə hərbi bazalardan kənarda yerləşən sığınacaqlarda gizləniblər: “Biz onları axtarırıq”.

Zülfüqari Yaxın Şərq ölkələrinin sakinlərini Amerika hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə də çağırıb.

O, vurğulayıb ki, Hörmüz boğazından keçid qaydaları yenidən təsdiqlənib və vəziyyət əvvəlki halına qayıtmayacaq: “ABŞ və onunla əlaqəli ölkələrin Hörmüz boğazından keçmək hüququ yoxdur, buna icazə verilməsi barədə qərarı isə yalnız İran tərəfi qəbul edə bilər”.

Medianews.az 

Bizə qoşulun