Fransanın "Nant" klubunda baş məşqçi dəyişikliyi olub.
Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Əhməd Kantarini Vahid Halilhodziçlə əvəzləyib.
Bosniyalı mütəxəssislə müddəti mövsümün sonuna qədər olan müqavilə razılaşdırılıb.
Halilhodziç 1981-1986-ci illərdə futbolçu kimi, 2018-2019-cu illərdə isə baş məşqçi kimi "Nant"da olub.
Qeyd edək ki, "Nant" 25 turdan sonra 17 xalla Fransa çempionatının turnir cədvəlində 17-ci pilləsində qərarlaşıb.