Medianews.az
Filippində qasırğa zamanı ölənlərin sayı 140-ı ötüb
85 baxış

Filippində qasırğa zamanı ölənlərin sayı 140-ı ötüb

Filippinin mərkəzi və cənubunda "Kalmaeqi" qasırğası nəticəsində azı 140 nəfər ölüb.

Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları daha 127 nəfərin itkin düşdüyünü açıqlayıb.

Məlumata görə, ölkədə fövqəladə vəziyyət elan olunub. Sahilyanı ərazilərdən 400 minə yaxın insanı təxliyə edilib. Dəniz dalğalarının hündürlüyü 4 metrə çatıb. Qasırğa Vyetnama doğru irəliləyir.

Xatırladaq ki, qasırğa zamanı ölənlərin əksəriyyəti fasiləsiz yağışların daşqınlara səbəb olduğu Sebu adasında olub.

Bizə qoşulun