Malayziyada kənd sakinləri əyləcləri sıradan çıxmış qatarı dayandıraraq müəllimləri xilas ediblər.
Medianews.az xəbər verir ki, hadisə martin 4-ü, Sabax bölgəsində baş verib.
Kənd məktəblərinə müəllimləri aparan şəhərətrafı qatarın əyləcləri xarab olub və maşinist qatarı saxlaya bilməyib. Kəndlilər relslərin üstünə böyük taxta arabası olan motosikleti qoyub və qatarın sürəti azalıb. Lokomotiv arabaya çırpıldıqdan sonra dayanıb.
Hadisə nəticəsində sərnişinlər və maşinist xəsarət almayıb.
Bildirilir ki, ərazidə dəmir yolları köhnə və nasaz vəziyyətdədir. Hadisədən sonra yerli deputat dəmir yolunun təmir olunması üçün təcili tədbirlər görülməsini tələb edib.
Medianews.az