Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Azərbaycan şairi Məmməd Arazın “Vətən! – desin” şeirini söyləyib.
“Qafqazinfo”nun məlumatına görə, Ərdoğan sözügedən şeirdən aşağıdakı bəndi səsləndirib:
“Bu gün gərək hər anımız – Vətən! – desin,
Qılıncımız, qalxanımız – Vətən! – desin...
Ölənlərin yerinə qalanımız - Vətən! – desin...
Vətən! - desin qəlbimizin hər duyğusu, hər vurğusu - Vətən! desin...
Fərqi yoxdur harda olaq, zamanımız, məkanımız - Vətən! - desin”.
Həmin görüntüləri təqdim edirik: