Medianews.az
Ən sağlam ağ ət toyuq deyilmiş -
174 baxış

Ən sağlam ağ ət toyuq deyilmiş - AÇIQLANDI

Mütəxəssislərin fikrincə, hinduşka əti yüksək protein tərkibi və aşağı yağ nisbəti ilə ən sağlam ağ ət növlərindən biri hesab olunur.

Medianews.az xəbər verir ki, araşdırmalara görə, 100 qram hinduşka ətində təxminən 29 qram protein var.

Toyuq ətində isə bu göstərici 27 qramdır. Xüsusilə yaşlı insanlar üçün yüksək protein tərkibinin əzələ itkisini azaltmaq baxımından vacib olduğu bildirilir.

Hinduşka əti aşağı doymuş yağ tərkibi sayəsində xolesterinin tənzimlənməsinə və sümük sağlamlığının qorunmasına da kömək edir. Asan həzm olunduğu üçün həssas həzm sistemi olan şəxslər üçün uyğun hesab edilir.

Mütəxəssislər bildirirlər ki, hinduşka əti uzun müddət toxluq hissi yaratdığı üçün çəki nəzarətində də faydalıdır. Lakin düzgün bişirilmədikdə tez quruya bilər.

Ətin yumşaq və şirəli qalması üçün onu yüksək odda qısa müddətdə bişirmək tövsiyə olunur. Qiymədən hazırlanan yeməklərdə isə bir qədər soyuq su əlavə etmək daha yaxşı nəticə verir.

Medianews.az

Bizə qoşulun