Medianews.az
Əməliyyatdan əvvəlki halı gündəm oldu -
60 baxış

Əməliyyatdan əvvəlki halı gündəm oldu - VİDEO

Məşhur ilahiyyatçı Nihat Hatipoğlunun oğlu Səid Hatipoğlu ilə çəkdiyi videolarla tanınan kontent yaradıcısı Fatma Soydaş bu dəfə köhnə fotoları ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə Fatma Soydaşın estetik əməliyyatlardan əvvəlki görünüşü yer alıb.

Qısa müddətdə yayılan fotolar istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

İstifadəçilərin bir qismi Soydaşın keçmiş və indiki görünüşü arasındakı fərqin böyük olduğunu bildirərək təəccüblərini gizlətməyib. 

Paylaşılan köhnə fotolardan sonra Fatma Soydaş yenidən sosial medianın ən çox danışılan adlarından birinə çevrilib. Kosmetik prosedurların təsiri ilə görünüşündə böyük dəyişiklik olduğu bildirilir.

Medianews.az

Bizə qoşulun