Medianews.az
Əməkdar jurnalistdən etiraz -
73 baxış

Əməkdar jurnalistdən etiraz - Qızına səhv diaqnoz qoyuldu və...

Əməkdar jurnalist Fadil Paşayev TƏBİB-də övladının adına yazılmış saxta diaqnozla bağlı paylaşım edib.

Medianews.az xəbər verir ki, o, övladının sağlamlıq haqqında arayışında “Yakob xəstəliyi zamanı demensiya” kimi ağır və nadir diaqnozun TƏBİB-in elektron sistemində əsassız şəkildə yerləşdirildiyini bildirib.

Paşayev həm TƏBİB-i, həm də Səhiyyə Nazirliyinin təmsilçiləri ilə əlaqə qurmağa cəhd edib. TƏBİB-in Sumqayıt filialı bunun “hərf səhvi” olduğunu və qısa zamanda düzəldiləcəyini bildirib, lakin 2 ay keçsə də, sistemdəki yanlışlığı aradan qaldırılmayıb.

“Yeni Sabah” sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən qeyd olunub ki, bu, TƏBİB-ə aid məsələdir və sistem onlarındır.

TƏBİB-in irada cavabı isə budur: “Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində - my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozu faktı qeydə alınıb. Aparılan araşdırma zamanı müəyyən edilib ki, texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi yazılıb. Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb”.

Qurumdan bildirilib ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir:

“Oktyabrın 18-də sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır. Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir”.

Bizə qoşulun