"Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda “İnter Mayami”də çıxış edən Serxio Buskets karyerasını bitirmək qərarına gəlib.
Medianews.az xəbər verir ki, bu barədə Publika.az məlumat yayıb.
İspan futbolçu MLS mövsümünün sonunda, noyabr və ya dekabrda təqaüdə çıxacaq. Hər şey komandanın pley-offda nə qədər irəliləyəcəyindən asılı olacaq. O, artıq son qərarını verib.
Qeyd edilir ki, Serxio “Barselona”ya qayıda bilər, lakin hansı statusda olacağı bilinmir.
Hazırda 37 yaşı olan Buskets karyerası ilə bağlı qərarını sosial şəbəkədəki video vasitəsilə açıqlayacaq.