Medianews.az
Eboladan ölənlərin sayı
87 baxış

Eboladan ölənlərin sayı 967-yə çatıb

Konqo Demokratik Respublikasının beş əyalətində - Yuxarı Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopoda bu günə qədər 2 423 təsdiqlənmiş Ebolaya yoluxma halı qeydə alınıb.

Bu barədə Konqonun Kommunikasiyalar və Media Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, 734 pasiyent təcriddə və ya stasionardadır, 469 nəfər sağalıb, 967 nəfər isə ölüb. Ölüm səviyyəsi 39,9 % təşkil edir.

"Xəstəliklə mübarizə tədbirləri gücləndirilir. Tibbi briqadalar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə epidemioloji nəzarət, tibbi yardımın göstərilməsi üzrə tədbirləri davam etdirirlər", - məlumatda bildirilib./"Report"

Bizə qoşulun