Medianews.az
Dünyanın ən təhlükəli ölkələri açıqlandı –
89 baxış

Dünyanın ən təhlükəli ölkələri açıqlandı – 2026 siyahısı yeniləndi

Qlobal cinayət statistikası platforması Numbeo 2026-cı il üzrə “Cinayət İndeksi” hesabatını yayımlayıb. Araşdırmada oğurluq, soyğun, zorakılıq və narkotiklə bağlı məlumatlar əsasında dünyanın ən təhlükəli ölkələri müəyyən edilib.

Medianews.az xəbər verir ki, siyahıda əsasən Latın Amerikası və Afrika ölkələri üstünlük təşkil edir.

2026-cı ilin ən təhlükəli 10 ölkəsi:

  1. Papua Yeni Qvineya – 80.9
  2. Venesuela – 80.4
  3. Haiti – 80.1
  4. Əfqanıstan – 74.8
  5. Cənubi Afrika Respublikası – 74.5
  6. Honduras – 71.9
  7. Trinidad və Tobaqo – 71.2
  8. Suriya – 67.5
  9. Yamayka – 67.4
  10. Qayana – 66.9

Hesabata görə, siyahının ilk yerlərində yer alan ölkələrdə təhlükəsizlik problemləri əsasən siyasi qeyri-sabitlik, iqtisadi böhran, silahlı qruplar və təşkilatlanmış cinayətkarlıqla əlaqələndirilir.

Qeyd edək ki, Numbeonun cinayət indeksi müxtəlif ölkələrdə yaşayan insanların təhlükəsizlik hissi, zorakılıq və mülkiyyət cinayətləri ilə bağlı müşahidələri əsasında hazırlanır və 0-100 bal şkalası ilə qiymətləndirilir.

Medianews.az

Bizə qoşulun