Medianews.az
Dünyada 2025-ci ildə ən varlı şəhərin adı
102 baxış

Dünyada 2025-ci ildə ən varlı şəhərin adı AÇIQLANIB

Yaponiyanın paytaxtı Tokio "CEOWORLD Magazine" jurnalının tərtib etdiyi dünyanın 300 ən varlı şəhəri siyahısında birinci yeri tutub.

BAKU.WS xəbər verir ki, nəşr Tokionu ÜDM səviyyəsinə görə dünyanın ən varlı şəhəri elan edib.

Jurnalın məlumatına görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb. Siyahıda ikinci yerdə ÜDM-i 2,49 trilyon dollar olan Nyu-York qərarlaşıb. İlk üçlüyü isə 1,62 trilyon dollarlıq ÜDM ilə digər bir amerikalı nəhəng - Los-Anceles tamamlayır.

Daha sonra siyahıda London (1,47 trln dollar), Seul (1,42 trln dollar) və Paris (1,39 trln dollar) gəlir. Tədqiqatda vurğulanır ki, reytinqdə ilk onluğa düşən şəhərlər dünya ÜDM-nin təxminən üçdə birinə cavabdehdir.

Bizə qoşulun