Medianews.az
Dünya ölkələrini İrana qarşı müharibəyə
61 baxış

Dünya ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırdı

İsrailin Baş naziri Benyamin Netanyahu dünya ölkələrini İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatına qoşulmağa çağırıb.

Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət başçısı bu çağırışı İsrailin cənubundakı Arad şəhərində İran raketinin düşdüyü yerə səfəri zamanı səsləndirib.

Netanyahu fikrini İranın İsraildəki mülki obyektlərə zərbələr endirməsi, Hind okeanındakı Dieqo-Qarsiya adasındakı Britaniya-ABŞ birgə bazasına 4 min km məsafədən qitələrarası raketin buraxılması və Hörmüz boğazının qismən blokadaya alınması ilə əsaslandırıb.

“Bu rejimin bütün dünya üçün təhlükə yaratdığını və dayandırılmalı olduğunu sübut etmək üçün sizə daha hansı dəlillər lazımdır? İsrail və ABŞ bütün dünya ilə birlikdə çalışır. Digər ölkələrin də bizə qoşulmasının vaxtı çatıb. Məmnunam ki, artıq bəzi ölkələr bu istiqamətdə müəyyən addımlar atmağa başlayıblar, amma daha çoxuna ehtiyac var. İrana qarşı beynəlxalq koalisiyanın olması bütün dünyanın təhlükəsizliyi üçün zəruridir”, – o bildirib.

Xatırladaq ki, bu gün Arad və Dimona şəhərləri Tehranın intensiv raket hücumuna məruz qalmışdı.

Bizə qoşulun