Medianews.az
Dollar düşür, qızıl qalxır, yeni müharibələr görünür -
1,920 baxış

Dollar düşür, qızıl qalxır, yeni müharibələr görünür - Politoloq

Dünya bazarlarında qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatır.

Politoloq Əziz Əlibəylinin Medianews.az-a bildirdiyinə görə, bu o deməkdir ki, ABŞ dollarına inam azalır, Amerikanın rəqibləri artır: “Yeni müharibələr üçün səbəb yaranır. Yaxın günlərdə yeni regional müharibə qaçılmazdır.

Nəzərə alsaq ki, bu dövriyyə Şanxay forumu kontekstində yaşanır, BRİCS ölkələrindən, özü də ən irisini və ən təməldəki ilk beşlikdə duran ölkələrdən birini cəzalandırmaq qaçılmaz olacaq”.

Ə.Əlibəyli qeyd edib ki, İran cəbhəsinə baxanda da nəsə hiss edilir: “Qlobal qeyri-iqtisadi dalğalanmalar konkret FED-i (ABŞ-da Mərkəzi Bank funksiyasını icra edən Federal Ehtiyat Sistemi) təzyiqə salıb. ABŞ-a qlobal etimad azaldıqca qlobal rezervlərdə qızılın payı 20 faizə qalxıb.

Bu arada təkcə ABŞ-ı təhlükə gözləmir. Yerli iqtisadiyyatların başı inflyasiya ilə dərdə girməyə başlayıb. O da özü ilə yeni hökumət böhranları gətirəcək ki, ilk növbədə Fransa çalxalanır.

Elə bu dəmlərdə ABŞ prezidenti Donald Tramp bildirib ki, idxal rüsumları ləğv edilsə, ABŞ üçüncü dünya ölkəsi olacaq.

Trampın sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər rüsumlar məhkəmənin qərarı ilə dayandırılsa, onda bu sərmayənin demək olar hamısı və daha çox gəlirlər dərhal ləğv ediləcək. "Bir çox cəhətdən biz yenidən böyük ölkə olmaq ümidi olmayan üçüncü dünya ölkəsi olacağıq" deyə Tramp vurğulayıb”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun