Avropa İttifaqında avtomobil yanacağının qiyməti kəskin artıb.
"Eurostat"-ın məlumatına görə, mart ayında dizelin orta qiyməti 19,8%, benzinin qiyməti isə 9,4% yüksəlib.
Artım tempinə görə Baltik ölkələri ön sıralardadır. Estoniya, Latviya və Litva, həmçinin Çexiya və İsveç dizel qiymətlərində ən yüksək sıçrayışı qeydə alıblar — bəzi hallarda artım 27,6 faizə çatıb.
Ekspertlər qiymət artımını Avropanın Rusiya enerji resurslarından imtinası və İran ətrafında davam edən gərginlik fonunda təchizatda yaranan problemlərlə izah edirlər.
Buna qarşılıq olaraq, Macarıstan, Slovakiya və Sloveniya kimi ölkələrdə qiymət artımı daha aşağı səviyyədə saxlanılıb. Bu ölkələrdə benzinin bahalaşması 2–7 faiz aralığında olub və enerji sahəsində daha praqmatik siyasətin qorunduğu bildirilir.
Musavat.com
