Medianews.az
Dişi ağrıyan 31 yaşlı baş redaktor
92 baxış

Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi

“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Emil Nəcəfov diş ağrısından əziyyət çəkib.

F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunu düşündüklərini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.

Bizə qoşulun