Medianews.az
Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir
54 baxış

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir -"Vecinə alma" prinsipi ilə hərəkət et

Daim qara fikirlərə köklənən, hadisələrə yalnız mənfi prizmadan baxan insanlar ciddi risk altındadır.

Medianews.az xəbər verir ki, alimlərin apardığı son araşdırmalar göstərir: davamlı neqativ düşüncə tərzi demensiyanın daha tez inkişaf etməsinə və xəstəliyin əlamətlərinin ağırlaşmasına birbaşa təsir göstərə bilər.

Mütəxəssislərin sözlərinə görə, sağlam beyində “optimist sürüşmə” adlanan təbii qoruyucu mexanizm mövcuddur. Bu mexanizm insanın stress, qorxu və narahatlıqlar qarşısında psixoloji tarazlığını qorumasına kömək edir. Lakin uzun müddət pessimist düşünən insanlarda bu “qalxan” zəifləyir və beyin daha tez zədələnməyə başlayır.

Araşdırmalarda vurğulanır ki, neqativ fikirlərə köklənmə yaddaş zəifləməsini sürətləndirir, diqqət və düşünmə qabiliyyətinə mənfi təsir göstərir. Nəticədə demensiya prosesi həm daha erkən başlaya, həm də daha ağır formada irəliləyə bilər.

Alimlər bildirirlər ki, “buna fikir vermə” kimi sadə səslənən tövsiyə bu halda təsadüfi deyil. Neqativ düşüncədən uzaq durmaq, psixoloji balansı qorumaq və müsbət düşünmə vərdişlərini gücləndirmək beyin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bizə qoşulun