Medianews.az
Depressiyaya ən çox meyilli peşələr
88 baxış

Depressiyaya ən çox meyilli peşələr açıqlandı

ABŞ-da aparılan genişmiqyaslı tədqiqat müxtəlif peşələrdə çalışanlar arasında depressiya diaqnozu ilə bağlı diqqətçəkən fərqləri üzə çıxarıb.

Medianews.az xəbər verir ki, 2015–2019-cu illər arasında 37 ştatda 536 mindən çox işçinin məlumatları analiz olunub.

 Onların 80 minə yaxını həyatlarının müəyyən dövründə depressiya diaqnozu aldığını bildirib. Qadınlarda depressiyaya yoluxma ehtimalının kişilərə nisbətən iki dəfə yüksək olduğu müəyyən edilib.

Araşdırma göstərib ki, depressiya diaqnozu alma ehtimalı ən çox aşağıdakı sektorlardadır:

  • Cəmiyyət və sosial xidmətlər – 20,5%
  • Qida xidmətləri – 20,1%
  • İncəsənət, əyləncə, idman və media – 18,6%
  • Qonaqlama və iaşə – 18,4%
  • Səhiyyə və sosial yardım – 18,2%
  • Pərakəndə satış – 17,7%
  • Hüquq, təhsil və kitabxana xidmətləri – 16,1%

Depressiya göstəricisi ən aşağı olan sektorlar bunlardır:

  • Mədənçilik – 6,7%
  • Tikinti – 8,9%
  • Kənd təsərrüfatı və mühəndislik işləri – 9%

Lakin alimlər qeyd edir ki, bu aşağı rəqəmlər tam gerçək vəziyyəti əks etdirməyə bilər. Kənd ərazilərində psixoloji xidmətlərə çıxışın məhdud olması və kişi işçilərin yardım axtarmaqda tərəddüd etməsi nəticələri aşağı göstərə bilər.

2024-cü ilin dekabrında yayımlanan Resume Genius hesabatına əsasən, bəzi peşələr həm aşağı stres səviyyəsi, həm də yüksək gəlir təklif edir. Bu işlərdə daha sabit iş saatları, dəstəkləyici mühit və idarəolunan iş yükü mövcuddur. Siyahıda yer alan peşələr bakalavr təhsili tələb edir.

Stresi az, maaşı yüksək peşələr arasında bunlar var:
su ehtiyatları üzrə mütəxəssis, astronom, aktuari, ətraf mühit iqtisadçısı, riyaziyyatçı və coğrafiyaçı.

Medianews.az

Bizə qoşulun