Qazaxıstanda 18 yaşlı gənc qadın iş üçün müraciət etdiyi məkanda təcavüzə məruz qalıb.
Medianews.az xəbər verir ki, qadın elanı sosial mediada tapıb.
Ofisə gəldikdə orada zorla saxlanıb. Qadın, çıxmağa çaIışsa da, qapıdakı mühafizəçilər qoymayıb. Əvvəl zərərçəkənə heç kəsin ona toxunmayacağına söz veriblər və sadəcə masaj edəcəklərini deyiblər. Lakin işini gördüyü zaman qadın təcavüzə məruz qalıb.
Qurban hüquq-mühafizə orqanlarına müraciət edib. Buna baxmayaraq, müəssisə hamam adı altında fəaliyyətini davam etdirir.
Zorlama maddəsi ilə cinayət işi açılıb. Hazırda ekspertlər lazımi müayinələri aparırlar. Polis nəticələri nəzərdən keçirdikdən sonra qərar verəcək.
Zərərçəkmişin qohumları baş verənlərə görə təkcə təcavüzkarın özünün deyil, həm də zərərçəkmişi aldadaraq yanına gətirənlərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Medianews.az