Medianews.az
DÇ-2026:
101 baxış

DÇ-2026: Sabahkı oyunlar

XXIII dünya futbol çempionatının qrup mərhələsində ikinci tur oyunları davam edir.

Medianews.az xəbər verir ki, iyunun 22-də G qrupunda Yeni Zelandiya Misirlə, H qrupunda Uruqvay Kabo Verde ilə, J qrupunda Argentina Avstriya ilə qarşılaşacaq.

Oyunlar Bakı vaxtıyla bu saatlarda start götürəcək:

saat 02:00 Uruqvay - Kabo Verde

saat 05:00 Yeni Zelandiya - Misir

saat 21:00 Argentina - Avstriya

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun