ABŞ daxili təhlükəsizlik naziri Markveyn Mallin, DÇ-2026-da oyunları idarə etməli olan somalili hakim Omar Abdulkadir Artanın ölkəyə girişinə qoyulan qadağaya münasibət bildirib. Buna səbəb kimi hakimin terror təşkilatları ilə əlaqəsinin olması şübhəsi göstərilib.
Medianews.az xəbər verir ki, nazir ölkənin təhlükəsizliyinin hər şeydən önəmli olduğunu vurğulayıb:
"Cinayət keçmişi olan və ya cinayətkar aləmlə əlaqəsi şübhə doğuran şəxslərin ölkəyə daxil olmasına icazə verməyəcəyik. Sizin kim olmağınızın heç bir fərqi yoxdur. Bu şəxsə imtina verməyimizin ciddi səbəbi var. Solçu media onun Somali əsilli olduğuna görə qurban seçildiyini iddia edir, lakin bu, qətiyyən belə deyil".
Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilir.
Medianews.az