Damla yeni fotosessiya ilə izləyicilərinin diqqət mərkəzinə düşüb.
Medianews.az xəbər verir ki, ifaçı qara geyim və qırmızı aksesuarların üstünlük təşkil etdiyi obrazı ilə fərqli tərz nümayiş etdirib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi müğənninin yeni üslubunu bəyənmədiklərini bildirib. Onlar xüsusilə açıq-saçıq və qısa geyim seçiminin sənətçiyə uyğun olmadığını vurğulayaraq, Damlanın əvvəlki daha klassik və sadə tərzinin daha yaxşı olduğunu qeyd ediblər.
Bəzi istifadəçilər isə bu stilin müğənniyə yaraşmadığını və onu “yalnış yöndə təqdim etdiyini” düşünərək narazılıqlarını yazıblar.
Damla isə tənqidlərə cavab olaraq münasibət bildirməyib.

