Medianews.az
Daimi yorğunluq hissi
62 baxış

Daimi yorğunluq hissi hansı xəstəliklərə işarədir?

“Tam gecə yuxusundan sonrakı yorğunluq ciddi xəstəliklərin əlaməti ola bilər”.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu həkim Alisiya Rot deyib.

Həkimin sözlərinə görə, gündüz yorğunluğu yuxu apnesindən qaynaqlana bilər. Bu vəziyyət insanın gecələr dəfələrlə nəfəs almağı dayandırmasına və beynin dərin yuxudan oyanmasına səbəb olur. Həkim həmçinin bu problemi narahat ayaqlar sindromu və təbii yuxu-oyanma dövrünü pozan narkolepsiya ilə əlaqələndirib.

Bundan əlavə, mütəxəssis əlavə edib ki, yorğunluq hormonal disbalans, o cümlədən tiroid disfunksiyası, vitamin çatışmazlığı və dəmir çatışmazlığını göstərə bilər. Lakin bu sağlamlıq problemləri yalnız qan analizləri vasitəsilə müəyyən edilə bilər. Rot insanları ruhi vəziyyətlərinə diqqət yetirməyə çağırıb, çünki narahatlıq və depressiya yuxunu pozur. Beləliklə, səhər yorğunluğuna səbəb olur.

Medianews.az

Bizə qoşulun