Azərbaycan WUF13 kimi beynəlxalq əhəmiyyətli forumu yüksək səviyyədə təşkil edir. Bu uğur Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin bariz göstəricisidir.
Bu fikirləri Medianews.az-a açıqlamasında Çinin Elm və Texnologiya üzrə Kəmər və Yol Alyansının baş katibinin müavini, professor Renying Li səsləndirib.
O bildirib ki, COP29 kimi mühüm qlobal tədbirin də ölkədə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə etibarlı şəkildə ev sahibliyi etdiyini göstərir.
Bu səbəbdən Azərbaycan hazırda dünyanın diqqət mərkəzindədir və böyük inkişaf potensialına malikdir.
Mushfiga Bayramova
