Vanq Yi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Pekinin Tehranın suverenliyini və qanuni hüquqlarını dəstəklədiyini bildirib.
Çin tərəfi İranın təhlükəsizliyinin, ərazi bütövlüyünün və milli maraqlarının qorunmasına dəstək verdiyini vurğulayıb.
Vanq Yi ABŞ və İsraili hərbi əməliyyatları dayandırmağa və gərginliyin Yaxın Şərqə yayılmasının qarşısını almağa çağırıb. O, həmçinin Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə danışığında Vaşinqton və Təl-Əvivin addımlarının BMT Nizamnaməsinə zidd olduğunu qeyd edib./infoazmedia