Medianews.az
Bələdiyyə işçisi həmkarını güllələdi
126 baxış

Bələdiyyə işçisi həmkarını güllələdi

Türkiyənin Nevşehir vilayətində bələdiyə işçisi həmkarının qətl yetirib.

Medianews.az xəbər verir ki, Ürgüp rayonuna bağlı Mustafapaşa qəsəbəsində baş verib.

Bələdiyyənin su təsərrüfatında çalışan 46 yaşlı Sezgin Yaman ilə eyni qurumda təmizlik işçisi kimi fəaliyyət göstərən 48 yaşlı Aziz A. arasında su anbarı yaxınlığında mübahisə yaranıb. İddialara görə, aralarında əvvəlcədən ədavət olub.

Mübahisə dava ilə nəticələnib və Aziz A. özü ilə gətirdiyi tüfənglə həmkarına atəş açıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım Yamanın aldığı güllə yaralarından yerindəcə öldüyünü müəyyən edib.

Şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun