Medianews.az
Cənubi Qafqazda nə tam sülh, nə də... -
66 baxış

Cənubi Qafqazda nə tam sülh, nə də... - Hikmət Hacıyev

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi kağız üzərində imzalanan sənədlərlə deyil, praktik addımlar və praqmatik qarşılıqlı fəaliyyətlə möhkəmləndirilməlidir.

Medianews.az bakupost.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusundakı panel sessiyada çıxışı zamanı deyib.

H. Hacıyev qeyd edib ki, normallaşma prosesinin tərkib hissəsi olan bu addımlar konkret fəaliyyətə çevrilməlidir:

"Münasibətlərin normallaşması üçün tərəflər arasında praqmatik qarşılıqlı fəaliyyəti reallaşdırmaq və bu prosesi konkret addımlarla möhkəmləndirmək zəruridir. Müqavilə dediyimiz sadəcə bir kağız parçası deyil, biz praktikada tətbiq olunan fəaliyyətlərdən bəhs etməliyik”.

Vətəndaş cəmiyyətlərinin bu prosesdəki roluna toxunan Prezidentin köməkçisi, ticarət əlaqələrinin artıq bərpa olunduğuna diqqət çəkib:

"Əvvəllər görünməmiş bir vəziyyət yaşanır, artıq Azərbaycan məhsulları Ermənistanda qəbul edilir, eyni zamanda Ermənistandan da idxal həyata keçirilir. Cənubi Qafqazda yeni bir status-kvo yaranıb və bu yeni vəziyyətdə qanunilik, legitimlik daha çox ön plana çıxır. Bu yolla biz regional təhlükəsizlik arxitekturasını gücləndirə və ölkələrimizdə sabitliyi təmin edə bilərik".

Bizə qoşulun