Medianews.az
Cəlilabadda avtomobil aşıb,
97 baxış

Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Medianews.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun