“Almaniya Rusiya ilə 2029-cı ildə baş verə biləcək mümkün hərbi münaqişəyə hazırlaşmalıdır”.
Medianews.az xəbər verir ki, bu barədə Almaniya Quru Qoşunlarının komandanı, general-leytenant Kristian Froydinq bəyanat verib.
"Biz döyüşə hazır olmalıyıq. 2029-cu il sadəcə Almaniyanın müəyyən etdiyi bir vaxt deyil. Bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatıdır", - deyə o bildirib.
Almaniyalı general qeyd edib ki, Berlin Rusiya ilə mümkün qarşıdurmaya qoşunların hazırlanması prosesini sürətləndirməlidir. Froydinqin sözlərinə görə, Bundesver (Almaniya ordusu) öz imkanlarını elə təkminləşdirməlidir ki, hətta "döyüş bu gecə başlasa belə", istənilən ssenariyə tam hazır vəziyyətdə olsun.
Medianews.az