Medianews.az
Bu insanlar ürək müayinəsindən keçməlidir   –
167 baxış

Bu insanlar ürək müayinəsindən keçməlidir – xəbərdarlıq

Bəzi insan təcili ürək müayinəsinə ehtiyac duyur.

Medianews.az xəbər verir ki, bu barədə kardioloq Qrant Rid danışıb.

Rid ailəsində ürək xəstəliyi olan insanları kardioloqa müraciət etməyə çağırıb. Yüksək təzyiq, yüksək xolesterol, diabet, siqaret çəkmə, yuxu apnesi və xroniki obstruktiv ağciyər xəstəliyi kimi ürək-damar risk faktorları olan insanlar da həkimə müraciəti təxirə salmamalıdırlar.

Rid həmçinin sinə ağrısı, ürək döyüntüsünün nizamsızlığı, nəfəs darlığı, başgicəllənmə və ayaq şişməsi kimi simptomlar üçün ürək müayinəsi aparmağı tövsiyə edib.

O, hazırda sağlam olan, lakin qəfil huşunu itirmə halları keçirən və ya anadangəlmə ürək xəstəliyi, Kavasaki xəstəliyi və ya ağciyər emboliyası diaqnozu qoyulmuş insanlar üçün test aparmağı təklif edib.

Medianews.az

Bizə qoşulun