Medianews.az
Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR:
115 baxış

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Tramvay ÇƏKİLİR

Paytaxtda dörd ilə qədər davam edəcək tramvay xətlərinin tikintisi çərçivəsində bəzi ərazilərdə yeni stansiyaların inşası planlaşdırılır. Layihə sərnişin və nəqliyyat sıxlığının azaldılmasına hesablanıb və 2025-2030-cu illər üzrə dövlət proqramına daxil edilib. İlk mərhələdə Mehdiabad -"28 May" tramvay xəttinin çəkilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu xətt Bakının şimal qəsəbələrini mərkəzlə birbaşa birləşdirəcək, gələcəkdə Rəsulzadə qəsəbəsində də dəmir yolu stansiyasının tikintisi planlaşdırılır.

Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov bildirib ki, tramvay ekoloji cəhətdən təmiz və uzunömürlü nəqliyyat növüdür, istismar müddəti ən azı 50 ildir. Mütəxəssislərin hesablamalarına görə, xətt istifadəyə verildikdən sonra həmin istiqamətdə gündəlik 20 mindən çox avtomobil səfəri azalacaq.

Bizə qoşulun