Medianews.az
Biri İrandan, digəri Qəzzadan yazdı,
70 baxış

Biri İrandan, digəri Qəzzadan yazdı, tənqid olundu

Türkiyəli müğənni Hadisənin İranda baş verən etiraz aksiyaları ilə bağlı paylaşımına reaksiya verən jurnalist Fulya Öztürk sosial mediada trend mövzusuna çevrilib.

Axşam.az xəbər verir ki, Hadisə paylaşımında İranda yaşananlara səssiz qalmadığını, insanları onlara dəstək olmağa çağırdığı yer alıb:

"Səssiz qala bilmərəm. İranda insanlar sadəcə eşidilmək üçün həyatlarını təhlükəyə atırlar. Başlıqların arxasında rəqəmlər deyil, real həyatlar dayanır: ailələr, tələbələr, işçilər... Hamısı ləyaqət və azadlıq istəyir. İran, biz sizinləyik. Sizi görürük, sizi eşidirik. Arxamızı çevirməyək".

Lakin bu sözlər Fulya Öztürkün xoşuna gəlməyib. Öztürk Hadisəyə reaksiya verərək bunları yazıb:

"Kaş ki, Qəzza ilə bağlı da səssiz qala bilməyəcəyinizi desəydiniz. Yaxın Şərqdə nələrə cəhd edildiyini araşdırmağınızı və xəbərləri izləməyinizi məsləhət görürəm. Və Türkiyənin maraqlarını nəzərə alaraq danışmağınızı təklif edirəm...".

Fulya və Hadisənin fikirləri tənqid edilib. Özünə və Hadisəyə qarşı reaksiyalardan sonra Fulya Öztürk paylaşımı silib.

O, daha sonra "Dostlar, bilirəm ki, bir az əsəbiləşmişik. Daha birləşib öz aramızda birlikdə olmalıyıq. Mesajım bu səbəbdən idi. Bəzi dostlar baş verənləri, İran məsələsini ABŞ-İsrail təhdidi kimi görməmiş ola bilərlər. Hadisənin və ya başqasının linç edilməsini istəmirəm. Gəlin bir olaq" sözlərini paylaşıb.

Bizə qoşulun