Türkiyəli aktyor Doğukan Güngörün narkotiklə bağlı istintaqda verdiyi ifadə üzə çıxıb.
Milli.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində aktyor Doğukan Güngör prokurorluqda narkotik istifadə etdiyini etiraf edib və peşman olduğunu bildirib:
"Narkotik maddə istifadə etdiyimi qəbul edirəm. Buna görə peşmanam. Bir daha heç vaxt istifadə etməyəcəyəm. Xaricdə narkotikdən istifadənin sərbəst olduğunu düşünürdüm. Həmçinin qeyd etmək istəyirəm ki, heç kimə narkotik maddə satmamışam və ya təklif etməmişəm. Narkotik olan partilərdə iştirak etməmişəm".
Məhkəmə onun barəsində ölkədən çıxış qadağası tətbiq edərək azadlığa buraxıb.
Televiziya ulduzu Ceyda Ərsoy isə evində tapılan maddələrin şəxsi istifadəsi üçün olduğunu deyib, müalicə almaq istədiyini açıqlayıb. Məhkəmə Ərsoy barəsində həbs qərarı verib.
İstintaq çərçivəsində indiyədək 26 nəfər həbs edilib, əməliyyatlar davam edir.