Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Gürcüstan Baş Prokurorluğu bəyanat yayıb.
Bildirilir ki, ona əlavə cəza olaraq 1 milyon lari (630 min AZN) məbləğində cərimə təyin edilib. Həmçinin İrakli Qaribaşvili günahını etiraf edib və prosessual sazişin şərtləri ilə razılaşıb.
Prokurorluq ayrıca vurğulayıb ki, məhkəmə artıq qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan keçmiş hökumət başçısı üçün həbs seçilməsi barədə ittiham tərəfinin vəsatətini təmin edib. Eyni zamanda məhkəmə onun evində aşkar edilmiş pulların dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci və 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri olub. Tbilisi Şəhər Məhkəməsi ötən ilin oktyabr ayında Qaribaşvili barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Qərara əsasən, Qaribaşvili pasportunu təhvil verməli və ölkəni tərk etməməlidir./Qafqazinfo.az/