Dünyaca məşhur model və aktrisa Emili Ratajkovski Nyu-Yorkun yeni meri Zöhran Mamdani üçün supermarketdə rəqs edib.
Medianews.az xəbər verir ki, Ratajkovskinin "Mamdani'nin Nyu-Yorku" başlığı ilə paylaşdığı video yarım milyondan çox bəyənmə və 5000 şərh alıb.
Qeyd edək ki, Zöhran Mamdani rəsmi olaraq 1 yanvar 2026-cı ildə Nyu-York şəhərinin meri vəzifəsinin icrasına başladı.
İki həftə əvvəl Ratajkovski Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki bir məscidi də ziyarət edib və məscidin daxili və xarici görünüşünün fotolarını izləyiciləri ilə paylaşmışdı.
Medianews.az