Medianews.az
Bıçaqla dəhşət saçan iki bacı jurnalistlərə də hücum etdi -
44 baxış

Bıçaqla dəhşət saçan iki bacı jurnalistlərə də hücum etdi - VİDEO

Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda 35 yaşlı Mahmut N. iki bacı tərəfindən 14 bıçaq zərbəsi alaraq ağır xəsarətlər alıb.

Medianews.az xəbər verir ki, yaralı dərhal Samsun Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb.

Polis hadisəyə müdaxilə edərək Tuğçe Y. və bacısı Sefa Y.-ni saxlayıb. Saxlanılma zamanı iki bacının onları çəkməyə çalışan mətbuat nümayəndələrinə hücum etdiyi bildirilib.

Şübhəlilərin çoxsaylı cinayət qeydlərinin olduğu iddia edilir. Mahmut N.-nin vəziyyətinin ağır olduğu açıqlanıb və polis hadisə ilə bağlı araşdırma aparır.

Medianews.az

Bizə qoşulun