Məşhur müğənni Serdar Ortaç, uzun müddətdir Dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparır və sağlamlıq problemləri yaşayır.
Medianews.az xəbər verir ki, son konsertində müğənninin səhnədə yeriməkdə çətinlik çəkdiyi və köməyə ehtiyac duyduğu anlar pərəstişkarlarının diqqətindən yayınmayıb.
Konsert zamanı Ortaçın köməkçilərinin ona dəstək olması sosial mediada geniş müzakirələrə səbəb olub. Pərəstişkarlar müğənninin vəziyyətindən narahat olduqlarını bildirərək dəstək mesajları paylaşmağa başlayıblar.
Rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə minlərlə insan Serdar Ortaça tezliklə sağalması üçün dilək və dəstək mesajları göndərib.
Medianews.az