Medianews.az
Bayram günü
153 baxış

Bayram günü DƏHŞƏTLİ QƏZA

Ağdaşda yol-nəqliyyat hadisəsi olub.

Medianews.az xəbər verir ki, qəza Qumlaq kəndi yaxınlığında baş verib.

"BMW" və "VAZ-21010" markalı maşınların toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun