Yaponiyada 21 yaşlı gənc ana hərəkətdə olan avtomobildən başını çölə çıxardaraq həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Qifu prefekturasında, Kasamaatsu qəsəbəsində baş verib.
Məlumata görə, qadın maşının ön sərnişin oturacağında olarkən hərəkət zamanı başını pəncərədən çölə çıxarıb. Bu zaman avtomobil kiçik tunelə daxil olub və qadın başı ilə divara çırpılıb.
O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin həkimlərin 9 saatlıq müdaxiləsinə baxmayaraq xilas edilə bilməyib.
Maşını idarə edən 21 yaşlı sürücünün sərxoş olduğu ehtimal edilir və o saxlanılıb. Qadının azyaşlı övladı isə salamat qalıb.
Medianews.az