UEFA-nın baş klub turniri olan Çempionlar Liqasının 2025-2026 mövsümündə 1/8 finaladək gəlmiş komandaların 7-si titulludur.
Medianews.az bildirir ki, 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 15, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Çelsi” 2, “Mançester Siti” və PSJ 1 dəfə zirvə görüb.
82 komandanın buraxıldığı 2025-2026 mövsümündə turnirin dörd təsnifat mərhələsi olub, birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçüb. 36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala adlayıb, 9-24-cü yerləri tutanlar bu raund üçün 1/16 finalda yarışıb.
1/8 final 10-18 martda keçiriləcək.
Mövsümün finalı (30 may) Macarıstanın paytaxtı Budapeştə təyin olunub.