Medianews.az
Bakıda yaşayış binasında yanğın baş verib
78 baxış

Bakıda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Medianews.az-a verilən xəbərə görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan ikiotaqlı mənzilin mətbəxi 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bizə qoşulun