Medianews.az
Bakıda şadlıq evində ŞOK:
47 baxış

Bakıda şadlıq evində ŞOK: kişi oynadığı yerdə öldü

Bakıda şadlıq sarayında gözlənilməz hadisə baş verib.

Medianews.az lent.az-a istinadla xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Bəyaz" şadlıq sarayında toy zamanı faciəvi an yaşanıb.

Məclisə qatılan Gürcüstan vətəndaşı 49 yaşlı Dursun Məmmədov rəqs edərkən qəfil yıxılıb və həyatını itirib.

İlkin ehtimallara əsasən onun ürək problemi səbəbilə vəfat etdiyi bildirilir.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizə qoşulun