Medianews.az
Bakı “Venesiya” oldu:
102 baxış

Bakı “Venesiya” oldu: mərkəzdə qayıq sürən gənclər - VİDEO

Paytaxtın mərkəzində maraqlı anlar yaşanıb.

Medianews.az NOCOMMENT.az-a istinadə xəbər verir ki, 28 May metrosu qarşısında bir qrup gəncin qeyri-adi hərəkəti ətrafdakıların diqqətini cəlb edib.

Belə ki, yağışdan sonra yaranan suyun içində şişmə qayıqla hərəkət edən gənclər həm maraq, həm də təəccüb doğurub. Hadisə yerindən keçənlər bu anları telefonla qeydə alaraq sosial şəbəkələrdə paylaşıb.

Gənclərin bu fərqli davranışı qısa zamanda müzakirə mövzusuna çevrilib və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bizə qoşulun