Medianews.az
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı:
93 baxış

AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər”

AzTV ilə bir sıra aktyorlar arasında bağlandığı iddia olunan əməkdaşlıq müqaviləsindən narazılıq var.

Layihələrə cəlb edilən aktyorlardan biri - Ramin Şıxəliyevın yüksək məbləğin əslində, sabun köpüyü olduğunu bildirib.

O, “Yeni Sabah”a bildirib ki, hər veriliş üçün ona ayrılan məbləğ cəmi 150 manatdır. 

R.Şıxəliyevin sözlərinə görə, vəsaitin ödənməsi dekabr ayına qədər olsacaq və aylıq ödənişlərdən vergilər, icbari tibbi sığorta və s. tutulacaq:

“Dekabr ayına qədər ümumilikdə 3 veriliş üçün 22 min manat nəzərdə tutulub. Hər veriliş üçün müəyyən məbləğ yazılır. Həmin məbləğdən 150 manat mənə çatır, qalan hissədən isə vergi, sosial ayırmalar və icbari tibbi sığorta tutulur, yerdə qalan məbləğ isə özlərinə qaytarılır. Deyilir ki, bu qayda müqaviləsi olmayan aktyorlara tətbiq edilir.

Hər ay maksimum iki-üç verilişdə iştirak edirəm. Aylıq hesablamaya görə, mənə təxminən 300 manat (iki veriliş üçün) ödənilir. Dekabr ayına qədər, yay ayları məzuniyyət dövrü çıxılmaqla ümumi hesablamada mənə çatan məbləğ təxminən 1800 manat təşkil edir”.

Qeyd edək ki, AzTV-nin "Biz, səssiz səslər, 44 gün" film və televiziya layihələrinə bir sıra aktyorlar cəlb olunub.

Onlara ayrılan məbləğlər belədir: Şıxəliyev Ramin Tofiq oğlu – 22.000 AZN, Novruzov Əliməmməd Kamal oğlu – 14.500 AZN, Məmmədov Ramil Şamil oğlu – 20.000 AZN, Əzizov Əzizağa Ağayar oğlu – 16.000 AZN, Əhmədov İlham Namiq Kamal oğlu – 20.000 AZN, Məhərrəmov Məbud Əliəsgər oğlu – 15.000 AZN, Mehdiyev Oqtay Nüsrət oğlu – 25.000 AZN, Fərzəliyev Natiq Aslan oğlu – 17.500 AZN, Əliyeva Ülviyyə Fərhad qızı – 20.000 AZN və Əhmədov Çingiz Əli Əşrəf oğlu – 15.000 AZN.

Bundan əlavə, AzTV tərəfindən “Görüş yeri” verilişi üzrə xidmətlərin satın alınması üçün Elnur Kərimovla 3.600 manatlıq, “Türk yurdu” verilişi üzrə isə Əkbər Yolçuyevlə 3.948 manatlıq müqavilə imzalanıb./yenisabah/

Bizə qoşulun