Medianews.az
Azərbaycanın neftsiz ixracı: əsas məhsul və ünvanlar
1,284 baxış

Azərbaycanın neftsiz ixracı: əsas məhsul və ünvanlar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 2,6 milyard ABŞ dolları dəyərində rəsmiləşib.

Medianews.az xəbər verir ki, siyahıda qızıl 238 milyon dollarla birinci, pomidor (tomat) 157,2 milyon dollarla ikinci, pambıq lifi 134,7 milyon dollarla üçüncü yerdə göstərilir.

İxrac ünvanlarının ilk beşliyi belə sıralanır: Rusiya - 878,9 milyon dollar, Türkiyə - 435,8 milyon dollar, İsveçrə - 247,8 milyon dollar, Gürcüstan - 244,8 milyon dollar, Ukrayna - 147,3 milyon dollar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun