Medianews.az
“Azərbaycana vurduğum qolla qürur duyuram” -
84 baxış

“Azərbaycana vurduğum qolla qürur duyuram” - Fransa millisinin üzvü

Fransa milli komandasının üzvü Maqnes Akliuş DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Bakıda Azərbaycana qarşı keçirdikləri oyununu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri görüş barədə danışıb:

“Azərbaycana vurduğum qolla qürur duyuram. Gənclər yığmasında oynadıqdan sonra əsas millidə qol vurduğum üçün xoşbəxtəm. Özümü getdikcə daha çox adaptasiya olmuş kimi hiss edirəm, hamı ilə yaxşı yola gedirəm ki, bu da vacibdir və bu, meydanda özünü göstərir. Həm hücumda, həm də müdafiədə komandaya töhfə verə biləcəyimi göstərmək üçün hər fürsətdə əlimdən gələni etməyə çalışıram. Qusto bu matçda əla idi. Onun keyfiyyətlərini bilirik və o, Azərbaycanla görüşdə bunu nümayiş etdirdi”.

Bizə qoşulun