Medianews.az
Azərbaycan millisi tarixinin ən iri hesablı qələbəsini qazandı
139 baxış

Azərbaycan millisi tarixinin ən iri hesablı qələbəsini qazandı

Martın 27-də futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununa çıxıb.

Medianews.az xəbər verir ki, komanda Sent Lüsiya yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Ayxan Abbasovun komandasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın heyətində qolları Emin Mahmudov, Rəhim Sadıxov, Musa Qurbanlı, Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə vurublar.

Bu nəticə Azərbaycan millisinin tarixində ən böyük hesablı qələbə olub.

Qarşılaşmanı gürcüstanlı Giorgi Kruaşvili idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 30-da eyni arenada Syerra Leone seçməsinə qarşı keçirəcək.

Medianews.az

Bizə qoşulun