Medianews.az
İti kəndirlə sürüyən bələdiyyə işçisi saxlanıldı -
359 baxış

İti kəndirlə sürüyən bələdiyyə işçisi saxlanıldı - VİDEO

Türkiyənin Ədirnə şəhərində çəkilən görüntülər sosial mediada qalmaqala səbəb olub. 

Medianews.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə küçə itini iplə sürüyən bələdiyyə işçisi ilə bağlı araşdırma başlanılıb.

Araşdırmalar zamanı həmin bələdiyyə işçisi polis tərəfindən nəzarətə alınıb. 

Məlumata görə, A.Y. Ədirnə Bələdiyyəsinə məxsus "Sahibsiz Heyvanlar Sığınacağında" çalışır. Onun küçə itini kəndirlə sürüklədiyini göstərən kadrlar sosial mediada geniş rezonans doğurub. 

Hazırda şübhəlinin ifadəsi alınır və hadisənin təfərrüatları araşdırılır.

Medianews.az

Bizə qoşulun