Medianews.az
Ayda nüvə reaktoru
67 baxış

Ayda nüvə reaktoru quracaqlar

ABŞ administrasiyası kosmik tədqiqatlar sahəsində inqilabi addım atmağa hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Ağ Ev tərəfindən dərc edilmiş “Kosmik Mükəmməlliyin Təmin Edilməsi haqqında” prezident sərəncamına əsasən, 2030-cu ilə qədər Ayın səthinə nüvə reaktorunun yerləşdirilməsi planlaşdırılır.

Rəsmi sənədə görə, ABŞ həmçinin aşağı Yer orbitində də nüvə reaktorlarının quraşdırılmasını nəzərdə tutur. Bu layihə uzunmüddətli kosmik missiyaların enerji təminatı üçün strateji əhəmiyyət kəsb edir.

Bundan əlavə, Amerika astronavtlarının 2028-ci ilə qədər Aya eniş etməsi və orada daimi stansiyalar qurması hədəflənir. ABŞ administrasiyası Ay proqramını gələcəkdə Marsa həyata keçiriləcək uçuşlar üçün mühüm bir sınaq mərhələsi və plasdarm kimi qiymətləndirir.

Bizə qoşulun